Günə 100 manat qazanan 70 yaşlı qadın sürücü – Görün nələr danışdı?

Günə 100 manat qazanan 70 yaşlı qadın sürücü – Görün nələr danışdı?
SOSİAL
15:53 13.10.2022
365
"Əvvəllər xırda ticarətlə məşğul olurdum. Sonra dollar qalxdı. Gördüm, dolana bilmirəm. Çox az təqaüdüm vardı. Ona görə də məcburi taksiyə qoşuldum”.

AZXEBER.COM xəbər verir ki, bunu Lent.az-a 70 yaşlı taksi sürücüsü Leyla xanım deyir.

Leyla xanım artıq 30 ildir ki, maşın sürür…

- 70 yaşım var. "Bolt”a iki ildi qoşulmuşam. 30 ildi, maşın sürürəm. Ümumilikdə isə 6 ildir ki, taksi kimi fəaliyyət göstərirəm. "Bolt”dan əvvəl də bir neçə taksi şirkətləri ilə çalışmışam. Ən çox xanım müştərilər məni görəndə sevinirlər. Kişilər də pis baxmırlar, normal qəbul edirlər. Taksiyə başlamazdan qabaq alver edirdim. Dollar qalxandan sonra necə dolanım?! Çox az təqaüd alıram. Ona görə də məcbur qalıb taksiyə qoşulmuşam.

O, maşınında siqaret çəkən müştəriləri sevmir…

- Kobud olanlar ən çox xanım müştərilər olur. Maşına minir və icazə almadan siqaret çəkir. Deyirəm, "saxlayım, düşün çəkin, sonra yola davam edək". Deyir ki, "mənə belə "ləzzət edir". Axı mənə də siqaretin qoxusu ləzzət etmir. Bundan başqa problem yaşamamışam. 6 nəvəm var, onlar üçün çalışıram. Həyat yoldaşım da rəhmətə gedib. Övladlarım da mənim bu işimə qarşı çıxmırlar. Daha nə edək, dolanmaq çox çətindi. Məcbur qalmışam. Sürdüyüm bu maşını da kreditlə almışam. Saat 5-ə qədər işləyirəm, çünki gecələr təhlükəlidi. Onu da deyim ki, səhərdən axşama qədər işləyəndə, 100 manat qazanmaq olur.

Yeri gəlmişkən, Leyla xanımın taksi fəaliyyətini necə yaxşı yerinə yetirdiyinə biz də şahid olduq. Onunla daha çox söhbət etmək istərdik, amma onu gözləyən müştərisi var idi...

Yolunuz hər zaman açıq olsun, Leyla xanım.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi