Günel Gözəlova QHT Əməkdaşlıq Forumundan danışdı:"Mükəmməl əməkdaşlıq layihəsi"

Günel Gözəlova QHT Əməkdaşlıq Forumundan danışdı:"Mükəmməl əməkdaşlıq layihəsi"
SOSİAL
23:22 07.11.2026
47
Gəncədə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Forumda iştirak edən məşhur telejurnalist-aparıcı, "Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Günel Gözəlova öz təşkilatını təmsil edib. O tədbiri mükəmməl əməkdaşlıq layihəsi adlandırıb: "Bugünəcən paytaxt Bakı, Zəngilan, Xankəndi və indi Gəncədə olmaqla Azərbaycan QHT-lərinin 4 Əməkdaşlıq Forumu keçirilib. Tədbirlərdə ümumi hesabla hər dəfə 400-ə yaxın QHT təmsilçisi iştirak edir. Ümumi sayı nəzərə alsaq, bu çox ciddi rəqəmdir və təbii ki, nəticədir. QHT Əməkdaşlıq Forumları vətəndaş cəmiyyətinin yalnız müzakirə platforması deyil, həm də ictimai təsir imkanlarının ölçüldüyü mühüm meydandır. Bu forumlar QHT-lər arasında institusional əlaqələri gücləndirir, təcrübə və resurs mübadiləsinə şərait yaradır. Dövlət-vətəndaş cəmiyyəti dialoqunun genişlənməsi ictimai təşəbbüslərin qərarvermə proseslərinə təsir imkanlarını artıra bilər. Lakin forumların real səmərəsi səsləndirilən təkliflərin nə dərəcədə konkret qərarlara, layihələrə və nəticələrə çevrilməsi ilə ölçülməlidir. Əks halda, bu toplantılar faydalı ünsiyyət və təmsilçilik tədbiri olaraq qalar, amma güclü və müstəqil vətəndaş cəmiyyətinin formalaşmasına gözlənilən töhfəni verə bilməz. İnanıram ki, Gəncədəki Əməkdaşlıq Forumu da real nəticələrlə, həm də mükəmməl təşkilatçılıqla QHT tarixində qalacaq".
 






OXŞAR XƏBƏRLƏR