Günel Hümbətova "Ən ŞİRİN sual" müsabiqəsinin qalibini seçdi

MAQAZİN
23:29 04.01.2014
6095
"Ən ŞİRİN sual" rubrikasının qalibi məlum oldu.
 Showlife.az-da start götürən layihənin ilk qonağı Günel Hümbətova oxucuların suallarını cavablandırıb. Əvvəlcə gəlin oxucularımızla gözəl teleaparıcını görüşdürən "ŞİRİN" MMC-ni daha yaxından tanıyaq.
  • “Şirin” qənnadı fabrikı 2006-cı ildə təsis edilmiş və Azərbaycan ərazisində yüksək keyfiyyətli qənnadı məmulatlarının yeganə istehsalçısıdır. Bizim istehsal xətti istehsal etdiyimiz məhsulların yüksək keyfiyyətinə əməl etməyə imkan verən ən müasir Avropa avadanlıqları ilə təchiz edilmişdir. Fərqli texnologiyaya malik bu avadanlıqlar müxtəlif növ şokoladlı konfetlərin istehsalına imkan verir. Bura pomadalı, tökmə şokoladlı konfetlər və çox sevilən südlü karamel daxildir. Son iki ildə karamel məhsulunun sırasına şüşəli və pomada içlikli karamellər əlavə olunub. Fabrikin istehsal tarixində ən mühüm hadisədən biri isə draje məhsullarının istehsalına başlanılması oldu.

  • Bizim məmulatlar qənnadı istehsalında böyük təcrübəsi olan təcrubəli texnoloqlar-ən yüksək səviyyəli mütəxəsislər tərəfindən işlənib hazırlanır. İstehsal tamamilə avtomatlaşdırılıb. Mütəxəsislər tərəfindən xammal və buraxılan məhsulların keyfiyyətinə nəzarət edən labotatoriya da var.

  • Buraxılan məhsullar dövlət standartlarına və elmi-texniki tələblərə cavab verir. İstehsal olunan mallar Uyğunluq Sertifikatına və Gigiyenaya əsaslanan Sertifikata malikdir.

    Məqsəd – yerli və xarici bazara müasir standartlara cavab verən yüksək keyfiyyətli malların istehsalı və təklifindən ibarətdir.

Ehtiram Muzefferli::Günel,sizcə Qaraqanın son sözlərindən sonra orda qalan "kişi"lər vicdanlarını gəlib götürəcəklərmi?-Məncə, vicdanını lazımsız bilib özündən kənarlaşdıran kəslər onun dalınca getməzlər… ( Gülür)

Умида Хасанли: Ən çox sevdiyiniz şirniyyat hansıdır?

-Şirniyyatların əksər növünü xoşlayıram. Xüsusi seçim edə biləmərəm.

Elvin Sehetbeyli: Siz və Qaraqan öz simanızı qorudunuz. Şoudan əvvəl size tanımırdım. Şounun ilk günlərində də bəyənmirdim. Son üç buraxılışında isə size sevdim. Sizcə niyə belə oldu?

-Səbəbini deyə bilmərəm. Əgər qəlbinizə yol tapmışamsa, nə xoş mənə. Xoş sözlərə görə təşəkkür!

Без Тебя Нет Меня: Uşaqlıqda da belə şirin olmusunuz?

-Uşaqlıqda daha şirin idim… (Gülür)

Sevinc Qurbanova: Çox gözəl və qəşəng xanımsınız. Həm də çox ağıllısınız. Həm də maşın şouda atdığınız addım isə çox ağıllı bir addım idi. Sizə sualım budur: atanız 1992-ci ildə dünyasını dəyişib və sizin kiçik bacınız var. Ananız ikinci dəfə ailə qurub?

-Şəxsi suallara cavab vermək istəmirəm.

Anar Imanli:nel xanım, supersən!

-Təşəkkürlər…

Ayter A-va Gunel Qaraqani sevirsiniz ?-Xeyr, biz onunla dostluq edirik. Onun kimi gənlərimiz nə qədər çox olsa, bir o qədər də yaxşıdır. Əfsuslar olsun ki, azdır…

Leyla Skripachka:Günel, açığını desəm, ilk gün maşın ətrafında yığılarkən sizin bu qədər səmimi və gözəl insan olmağınıza inanmazdım... Və əminəm ki, əlinizi götürməklə siz milyonlarla insanın hörmətini qazandınız. Sualm - siz əlinizi götürdükdən sonra Qaraqan yarışmaya davam etsəydi reaksiyanız necə olacaqdı?

-Qaraqan mənim addımımdan sonra heç vaxt yarışmaya davam etməzdi…

Aygun Seferli: Günel səni çox sevirəm. Sən “Maşın Şou”da ən ağıllı, ən ədalətli oyun aparan bir oyunçu idin. Gərək qalardın. Anarı, Niyamı və Hüseyn kimi yalançıları çıxarardın. Sonra çıxsaydın da üzülməzdim. Çox üzüldüm sənin çıxmağına. Çünki onlar heç də güclü oyunçu deyildilər. O üç nəfərə nifrət edirəm. Gərək sən qalardın və onları oyundan uzaqlaşdırardın. Sən çox gözəlsən, səni lap çox sevirəm.

-Aygün, xoş sözlərə görə sonsuz minnətdaram. Bu, yarışmadır. Həmin an içimdən bu cür davranmaq keçdi.

Kagiz Gemiler Qaraqanı necə bir insan kimi tanıdınız bu müddətdə?

-Sizin və bütün tamaşaçıların tanıdığı kimidir.

Jale Ramazanova Siz gərək getməzdiniz, qıza oxşayan kişiləri çıxaraydınız.

Moonsun A-va Sualım yoxdur. Çox bəyəndiyim teleaparıcıdır. Həm mərdliyinə görə, üstəgəl gözəl olmağına görə bəyənirəm. Həmişə belə qalsın. Paxıl insanlara fikir verməsin. Uğurlar.

- Təşəkkür edirəm, ikinizə də çox sağ olun. Xoş sözlərə görə...

Sabina S-li Başqa səhifələrdə bu qızı asan-kəsən qaqalar indi niyə səsiniz gəlmir?

-Hər kəsin öz fikri var, ən əsası odur ki, burada yazmayıblar.

Turkan Huseynli Düzünü deyim, əvvəllər bəyənmirdim. Lakin “Maşın Şou”da iştirak edəndən sonra çox bəyəndim. əsl kişi kimi qızdır. Sözünün üstündə durdu. Halaldır Günel xanıma, həmişə belə qalın.

-Çox təşəkkürlər, Türkan.

Orxan Ibadov Günel, sənə və Elxana halal olsun. Biz sizlərlə fəxr edirik, Hüseyn kişilik eləmədi, Hüseyn kimilərdi elə bu millətə xələl gətirən. Bir daha üzülməyin.

-Təşəkkür edirəm.

Saleh AbbasZadeh Sizin gözəlliyinizin sirri nədədir?

Ес Мер Əvvəllərsevmirdim.Yuxuma haram qatırdın, səhərlər mama televizora çox xod verirdi, mən də əsəbiləşirdim səni görəndə. Sonra “instagram”da “follow” etməyə başladım, orda yavaş-yavaç hörmətim artdı. Gördüm ki, tamam başqasan. Əsəbim də

Boş yerədir. Hörmət etdim, çox istədim. Niyə bu qədər çox istəyirəm, həəəə??

-Təşəkkürlər, xoş sözlərə görə. Var olun.

Edalet Abbasov Günel xanım, siz sözünüzü tutdunuz və Qaraqan gedərsə mən də gedərəm dediniz. Bu da yəqin ki, Qaraqanın o verilişdə ən düzgün və ikiüzlü olmadığından irəli gəlirdi ki, siz onu bəyəndiniz. Sualım var, lakin düz cavab verməyəcəyiniz üçün soruşmuram.

-Sualı versəydiniz, cavab verərdim məncə...

Elman Ibadov Sizə bir sual... Mənim sms-lərimə niyə cavab yazmırsınız?

Mi Ko Mənimlə evlənərsən?

Orkhan Simpotick Günel, mənimlə evlənərsiniz?

Xalid Mehdiyev: Əgәr Qaraqan sizi çıxartsaydı inciyәrdiniz?

-Elə şey mümkün deyildi axı...

Rashad Nurullayev Salam Günel xanım, sizə sualım belədir: Siz “Maşın Şou”sunda göründüyü kimi həyatda da belə görünürsünüz?

-Onu məni tanıyanlar deyə bilər məncə.

Sema Rehimova Sizi çox istədim, “Maşın Şou”ya baxandan sonra. Çox düzgün hərəkət etdin. din. Halaldır Sizə və Qaraqana.

-Çoooox təşəkkürlər Səma...

Nergiz R-va Mənim də “Maşın Şou”dan sonra Güneldən çox xoşum gəldi. “Baleet” elediym 2 nəfər var idisə, biri Günel, biri Qaraqan idi . Oarda durub bəzi mədəniyyətsiz insanlarla yarişmaqdansa, getməyi yaxşı idi.

-Var olun!

Ayka Aliyeva Sualım yoxdur, sadəcə balaca istəyim var... Çox açıq-saçıq geyinmesin...-Təşəkkürlər, fikrinizə görə.

Aysel Bakuvi Şox şirin və səmimi qızsan... Bəlkə də eyni bürcdən olduğumuzdan irəli gəlir belə cəsarətli və sözün düzünü üzə demək... Bütün bunlara rəğmən Roza ilə münasibətiniz normala dönəcəkmi?

-Mənim bir sifətim var, başqalarından fərqli olaraq.

Turan Allahverdiyev Günel, Qaraqanın hərəkəti xoşunuza gəldi?

-Gözlənilən addım idi...

Kamran Sahmirzeyev Siz Qaraqani sevirsiniz?

-Bu suala bayaq cavab verdim məncə...

Namiq Ehmedov Halaldi sizə Günel xanım . Simpatyam daha da çoxaldı.-Təşəkkürlər…

Samir Sevindikli Ağıllı, dərrakəli xanımsınız. Bunu proqramda da göstərdiniz. Siz axıra qədər qalsaydınız qalib idiniz. Şoudan Qaraqana haqsızlıq etdikləri üçün çıxdınız, yoxsa artıq bezdiniz?

-Oradakı simaları görəndən sonra qalmaq mümkün deyildi.

Aysu Cavadzade –Sizi çox bəyənirəm, o şouda ən dürüst insan siz idiniz.

-Çooox sağ olun.

Aslan Rehimov Məncə gedişiniz tamaşaçıya hörmətsizlik oldu, yuxularına haram qatıb sizi izləyirdilər. Nədən belə etdiniz?

-Məncə bu suala cavab verdim artıq.

Nurlan Talishov Şouda özünü hamıya sevdirdin. Simanız qədər ürəyiniz də gözəldir. Elxanı sevirsiniz? Yoxsa dotluq münasibətiniz var?

-Dostluq münasibəti:)

Fidawka K-ova Həddindən artıq gözəlsiniz. Bu qədər şirin birinə ən şirin sualı verməyə dəyər. Sizə sonsuz sevgim və hörmətim var. Bu qədər necə şirin ola bilirsiniz?

-Təşəkkürlər xoş sözlərə görə.

Intiqam Hashimov Günel xanım, "Shirin" MMC-nin vasitəçi olduğu "Ən shirin sual" rubrikasina sizi “Şirinlərin şirini” olduğunuz üçün dəvət ediblər?

-İlk olaraq məni seçdiklərinə görə təşəkkür edirəm.

Roya Royali Düzünü desəm, tanımırdım, şou sayəsində tanıyıb hörmət etdim.Qaraqan çıxmasaydı reaksiyanız necəolardı?

-Qaraqana özüm qədər əmin idim həmin an.

Seva SlanGue GST anımırdım,ilk dəfə şouda gördüm və müsbət biri kimi yadda qaldı. Ən azından düzün tərəfindəydi müəyyən qədər. Sualım odu ki niyə məhz Elxan? Şouda yetərincə Azərbaycanda tanınmış, yaxşı-pis sevilmiş (hər nə cür olursa - olsun) müğənnilər, manıslar, meyxanaçı, stilist , dj yox məhz Elxan? Təşəkkürlər.

-Məncə tamaşaçı orada hamını bir daha tanıdı. Həmçinin dediyiniz insanları da...

Differentka Bakinka Bildiyim qədərilə dostlarınızın sayı az deyil. Dostlarınız sizi dəmdən axtarır, yoxsa qəmdən?

-Dost insanın hər anında yanında olmalıdır. Mənim dostlarım da belədir.

Aqil Valiyev Ne vaxtsa yenidən Qaraqanla efirə çıxacaqsınız?

-İnşaAllah.

Zaur Hamzayev Maşın ətrafında ən şirini də, ən zəhərlisi də Günel xanım idi.O gedəndən sonra oranın acısı da, şirinliyi də onunla getdi.

-Təşəkkürlər)

Farid Qarayev Sizi sosial şəbəkələrdə də izləyirdim. Ancaq shouda daha da yaxından tanıyıb türklər demişkən bayıldım. Hələ də ayılmamışam ki, sual verim.

-Təşəkkürlər, xoş sözlərə görə )

Sevda Bayramova Niyə oyundan çıxdınız?

- Artıq cavab verdim.

Эмиль МеммедовNiyə belə gözəlsiniz?

- Təşəkkürlər komplimentə görə.

Iskenderli Aydan Çox heyf. İstəyərdim qalıb Anarla Niyamı da çıxaraydınız.

- Onları çıxaran da tapıldı))

Нусрат Мусаев Sosial şəbəkədə varsınız?-Bütün sosial şəbəkələrdə varam)

Нусрат Мусаев Çox şirin təbəssümünüz var.

-Təşəkkürlər.

Нусрат Мусаев Ağıllı və gözəl xanımsınız. Doğum gününüzü bilmək istərdim.

- 26 iyul.

Rza Rzayev Qaraqana qarşı simpatiyanız var?- Dostuq sadəcə.

Aylin Safarova Günel, necesen?

-Təşəkkürlər, yaxşı olasınız)

Hulya Babazade Qaraqannan xoşunuz gəlir ??? :))

Və gözlənilən an! Qalibimizin adı -Ehtiram Muzefferli!! (Günel,sizcə Qaraqanın son sözlərindən sonra orda qalan "kişi"lər vicdanlarını gəlib götürəcəklərmi?)

Təbrik edirik!

OXŞAR XƏBƏRLƏR