Tədbirlərin birində "Pişik” ləqəbi ilə məşhurlaşan Günel Ələkbərova ilə qarşılaşdıq.
Gündəmdən uzaq qalan Günel bunun səbəbini AZXEBER.COM-a açıqlayıb: "Başım ailəmə qarışıb. Ona görə gündəmdə deyiləm. Tezliklə yenidən qayıdacam".
Müğənni ləqəbindən də imtina etdiyini deyib: "Artıq döyməmi dəyişirəm. "Pişik”dən imtina edirəm. O işi tatu ustam Telmanın öhdəsinə buraxmışam. Gündəmə döyməmlə gələcəm. Pişiyin yerinə nə çəkəcəyim sirrdir. Pişiyi çiynimdən götürüb başqa yerimə qoyacam ( gülür).
Qeyd edək ki, pişik döymesi Günelin kürək nahiyəsindədir.
Fotolar Tünzalə Ağayevaya məxsusdur.
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM