BAKU AZƏRBAYCAN
12°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

Günel Səfərova Konstitusiya Məhkəməsinə müraciət etdi

Günel Səfərova Konstitusiya Məhkəməsinə müraciət etdi
Seçki2020
17:46 27.02.2020
2044
9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevralda keçirilən seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edib.

Aktual.az xəbər verir ki, bu barədə Günel Səfərova öz feysbuk səhifəsində yazıb.
 
Müraciəti olduğu kimi təqdim edirik:

"İslahatlara, gələcəyə, dəyişəcəyimizə, hər kəsə bərabər imkanların tanındığı daha ədalətli bir cəmiyyət qura biləcəyimizə inanaraq, böyük ümidlərlə qatıldığımız parlament seçkiləri özünün məntiqi sonluğuna yaxınlaşdı. İndi son söz Konstitusiya Məhkəməsinindir. Hüquqlarımıza təminat verən Ana Qanunumuzun keşiyində dayanan Məhkəmə ya sözün bütün mənalarında hüquqi dövlətin vətəndaşı olmaq haqqımıza sahiblənmək istəyənlərin qarşısında qanunun sərt üzü ilə səd çəkməli, ya da bunu gələcək onilliklərin və nəsillərin öhdəsinə buraxmalıdır. Hələ ki, gec deyil və hələ ki, seçim imkanı var.
Mən Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edirəm: Ölkəmizin gələcəyi, işıqla qaranlığın, xeyirlə şərin savaşından kimin qalib çıxacağı sizin verəcəyiniz qərardan asılıdır. Əlinizi Konstitusiyanın və vicdanınızın üzərinə qoyub qərar verin. Çünki bu qərardan asılı olan ayrı-ayrı seçki dairələrində qalib elan edilmiş, yaxud edilməmiş deputatlığa namizədlərin taleyi deyil, millətimizin və dövlətimizin gələcəyidir.

Dövlətin böyüklüyü onun ədaləti ilə ölçülür. Ədalətin kiçildiyi ölkələrdə yalnız günahlar və günahkarlar böyük görünürlər. Bunu bildiyimdən və ədalətli olduğum üçün zamanında hüquq fakültəsini seçmişdim. Dövlətin ədalətinin gücünü ortaya qoymaq imkanı indi sizin əlinizdədir. Ədalətli olun! Çünki ədalətsiz insanları nəinki biz, heç tarix də bağışlamayacaq!
"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:19 02.04.2020

Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

18:57 02.04.2020

SOCAR-ın prezidenti: “Ayın 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək” - Foto

18:22 02.04.2020

Ukraynada həkim ağır vəziyyətdə gətirilən xəstəni evə göndərdi

18:21 02.04.2020

Mehriban Əliyeva: "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq"

18:09 02.04.2020

Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?

18:08 02.04.2020

Britaniyada koronavirusdan ölənlərin sayı 2921 nəfərə çatdı

17:15 02.04.2020

Sosial yardım alan aztəminatlı ailələrin nəzərinə!

17:11 02.04.2020

Spiker parlamentdə islahatlara başladı - SƏRƏNCAM

16:45 02.04.2020

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi - VİDEO

16:31 02.04.2020

Koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

16:27 02.04.2020

İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı - FOTOLAR

16:15 02.04.2020

“RAHAT”dan sosial videoçarx: “Biz birlikdə güclüyük!” - VİDEO

16:07 02.04.2020

Naftalan şəhər sakinlərindən #evdəqal aksiyasına sosial - Videoçarx

15:40 02.04.2020

Abbas İbrahimov: “Hökumət dəstək proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır”

15:18 02.04.2020

"Karantin rejimində vətəndaşların icazə ilə evdən çıxması barədə məlumatlar rəsmi deyil"

15:09 02.04.2020

Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”