Günel Səfərovanın deputatlığa namizədliyi qeydə alındı

Günel Səfərovanın deputatlığa namizədliyi qeydə alındı
SOSİAL
23:07 13.01.2020
3550
"Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürüb.
 
AZXEBER.COM xəbər verir ki, bu gün 9 saylı Binəqədi ikinci seçki dairəsi Günel Səfərovanın namizədliyini təsdiq edib.
 
G.Səfərova seçkilərə "Fərqi vətəndaş bilir!" şüarı ilə gedir.  G.Səfərovanın rəqibi YAP-dan Kəmaləddin Qafarovdu.  Günel Səfərova müstəqil namizəddi.
 
Onun namizədliyini müstəqil şəxslər dəstəkləyir. G.Səfərova 9-cu dairənin ən real namizədi kimi qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR