Günellə nişanlısından yeni - FOTOLAR

MAQAZİN
17:30 02.06.2014
4528
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel nişanlısı İnanc Başəyməzlə yeni fotolarını paylaşıb.
AZXEBER.COM xəbər verir ki, müğənni sevgilisiylə olduqca xoşbəxt olduğunu yazıb.
Qeyd edək ki, Günelin nişanlısı İnanc Başəyməz 25 yaşlı iş adamıdır. O, Günellə Türkiyədə orta məktəbdə bir yerdə oxuyub. İnanc evin ikinci oğludur, böyük qardaşı Kıvanc artıq evlidir.
Uzun müddətdir Günellə ailə qurmaq arzusunda olan İnanc, ancaq 3-cü cəhdində istəyinə nail ola bilib. Hələ orta məktəbdən Güneli sevən İnanc bir müddət əvvəl Günelin ürəyini ala bilib. Müğənnimiz İnancın özündən razı, yekəxana olduğunu düşünürmüş. Güneli razı salan yeganə məqam İnancı öz atasının gəncliyinə bənzətməsi imiş.Onu da xatırladaq ki, Günel bundan öncə tanınmış biznesmen Rza Zərrab ilə sevgili idi. 
Cütlüyün fotolarını təqdim edirik:
OXŞAR XƏBƏRLƏR