Kosmik Günəş Enerjisi Nümayişçisi layihəsi bir il davam edən missiyadan sonra Günəş enerjisini kosmosdan Yerə simsiz ötürməyə nail olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir il davam edən missiyadan sonra Günəş enerjisinin peyk vasitəsilə Yerə ötürülməsinin mühüm sınağı uğurla tamamlanıb.
Günəş enerjisinin toplanması və kommersiya miqyasında kabelsiz şəkildə Yerə ötürülməsinin mümkün olub-olmadığını yoxlamaq üçün keçən il yanvarın 3-də Kosmik Günəş Enerjisi Nümayişçisi layihəsinə start verilib.
Kaliforniya Texnologiya İnstitutunun (Caltech) alimlərinin rəhbərlik etdiyi bu missiya Günəş enerjisini Yerə ötürmək üçün lazım olan fundamental texnologiyaların sınaqdan keçirilməsinə yönəlmiş üç mühüm təcrübəni uğurla həyata keçirib.
Ayşən