Günəş yanıqları sağlamlıq üçün ciddi təhlükə yaradır - Nə etməli?

Günəş yanıqları sağlamlıq üçün ciddi təhlükə yaradır - Nə etməli?
SOSİAL
15:16 08.07.2025
232
Yay aylarında günəşin altında uzun müddət qalmaq dəri üçün təhlükəlidir. Həkimlər xəbərdarlıq edir ki, günəş yanıqları təkcə müvəqqəti narahatlıq deyil, eyni zamanda dəri xərçəngi kimi ciddi xəstəliklərin əsas səbəblərindən biridir.

AZXEBER.COM xəbər verir ki, dəri mütəxəssisləri bildirirlər ki, günəş şüalarına nəzarətsiz məruz qalmaq dərinin yanmasına, qabarmasına və uzunmüddətli zədələnməsinə gətirib çıxarır.
 
Ən çox yayılan hallar arasında dəridə qızartı, şişkinlik, ağrı və su toplayan qabarcıqlar var. Xüsusilə azyaşlılar, yaşlılar və həssas dərili şəxslər bu risk qrupuna daxildir.

İnsanlar yanıqdan sonra sadəcə qızartı və ağrını görürlər, lakin bu, görünməyən zərərlərin yalnız başlanğıcıdır. Uzun müddətli UV təsiri nəticəsində dəridə erkən qocalma, ləkələnmə və xərçəng riski artır.

Bəs mütəxəssislər günəş yanığının qarşısını almaq üçün nələr tövsiyyə edir?

Həkimlər və dermatoloqlar yay aylarında aşağıdakı qaydalara ciddi əməl olunmasının faydalı olacağını bildirilər:

SPF 30 və ya daha yüksək qoruyuculu günəş kremlərindən istifadə

Günəş şüalarının ən güclü olduğu saatlarda – 11:00-dan 16:00-a qədər birbaşa günəşdə qalmayın.

Açıq rəngli, uzunqollu paltarlar və papaq geyinərək dəri səthini örtün.
 
Bol su için və dərinin nəmini qoruyun.


Bəs yanıq halında nə etməli?

Əgər günəş yanığı artıq baş veribsə, dərhal sərin duş qəbul etmək, dərini nəmləndirən kremlərdən – xüsusilə aloe vera tərkibli vasitələrdən istifadə etmək tövsiyə olunur. Ağır hallarda isə – qabarıqlar, qızdırma, halsızlıq müşahidə edilirsə dərhal həkimə müraciət etmək vacibdir.

Yay fəslindən sağlam şəkildə zövq almaq üçün sadə qorunma tədbirlərinə əməl etmək kifayətdir. Unutmayın: günəşdən düzgün istifadə etdikdə faydalıdır, ehtiyatsız davrandıqda isə ciddi fəsadlara yol aça bilər.

Aysel Hacızadə


OXŞAR XƏBƏRLƏR