Günəşdə güclü alışma baş verib

Günəşdə güclü alışma baş verib
HADİSƏ
23:37 28.03.2025
395
Martın 28-də Günəşdə ən güclü X sinfinin şiddətli alışması baş verib.

Bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilin əvvəlində Günəş aktivliyinin əhəmiyyətli dərəcədə artdığını bildirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR