'Günəşli' faciəsi hansı dövlətin təxribatı ola bilər? - 'Heç bir versiya istisna deyil'

SİYASƏT
18:06 07.12.2015
3553
“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğının, Türkiyə ilə Rusiya arasındakı gərginlik dövründə baş nazir Əhməd Davudoğlunun Azərbaycana səfərindən sonraya təsadüf etməsi bu hadisə ilə bağlı müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub.
Hazırda ictimai rəydə yer alan əsas fikirlərdən biri “Günəşli” faciəsinin Ə.Davudoğlunun səfərindən qıcıqlanan Rusiyanın təxribatı ola biləcəyi ilə bağlıdır. Təsadüfi deyil ki, bu fikirləri politoloq Elxan Şahinoğlu da açıqlamasında istisna etmədi:“Bu hadisənin araşdırılması üçün komissiya yaradılıb. Bu komissiya bütün versiyaları araşdırmalıdır. Heç bir versiya istisna olunmamalıdır. Hətta bu hadisədən sonra neft-qaz yataqlarımızın təhlükəsizliyi ilə bağlı tədbirlərin gücləndirilməsi məsələsi də aktuallaşır. Təsəvvür edin ki, Əhməd Davudoğlu Bakıya gəldi və əsas məsələ bu oldu ki, TANAP layihəsini vaxtından əvvəl inşa etmək lazımdır. TANAP layihəsinə də qaz “Şahdəniz” yatağından veriləcək. Mənə elə gəlir ki, bu hadisədən sonra “Şahdəniz” və digər yataqlarda təhlükəsizlik tədbirləri artırılmalıdır. Ola bilər ki, bu hadisə sadəcə, texniki qəza nəticəsində olub. Ancaq istisna deyil ki, kimsə təxribat həyata keçirmək istəsə, belə bir hadisə də törədə bilər. Ona görə də, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. “Günəşli” yatağında baş verən yanğında müəyyən maraqlı mərkəzlər var. Çünki, “Günəşli” yatağındakı son hadisədən sonra ola bilər ki, neftin hasilatında müəyyən qədər problemlər yaransın. Bu da Azərbaycana düşmən münasibət bəsləyən mərkəzlərin xeyrinədir”.
Politoloq bu hadisədə Rusiya təxribatı versiyasını istisna etmir:“Mən istisna etmirəm ki, bu hadisənin baş verməsində onların da müəyyən marağı ola bilər. Bu hadisə bizə ciddi bir dərs olmalıdır. Biz digər yataqların qorunması tədbirlərini artırmalıyıq. Çünki, bölgədə vəziyyət getdikcə gərginləşir. Türkiyə -Rusiya arasındakı gərginləşmənin Azərbaycana da mənfi təsirləri var. Bu, açıq-aşkar görünür. Türkiyə Azərbaycandan daha çox qaz və neft almaq istəyəcək. Bu isə Rusiya və İranın maraqlarına ziddir. Ona görə də, biz bu iki dövlətin proseslərə müdaxiləsini diqqətlə izləməliyik”.
//musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib