Güney Azərbaycanda milli fəallar həbs ediliblər

Güney Azərbaycanda milli fəallar həbs ediliblər
DÜNYA
19:10 16.02.2024
175
Aydın (Süleyman) Məhəmmədi və Kərəm adlı iki güneyli milli fəal Ərdəbil şəhərində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Tehranın Evin həbsxanasına aparılıb.

Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Aydın Məhəmmədinin iş yerinə basqın edərək onu həbs ediblər.
Bildirilir ki, soyadı bilinməyən Kərəm adlı güneyli fəal da tutulub və Evin zindanında yerləşən ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasına aparılıb.
OXŞAR XƏBƏRLƏR