Günlərdir axtarılan şəxs gölməçədə ölü tapıldı

DÜNYA
20:59 11.02.2025
208
Türkiyədə 4 gündür itkin düşən Müslüm Gedik (35 yaş) adlı şəxs tikinti sahəsindəki gölməçədə ölü tapılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

İlkin məlumatlara görə, həmin şəxsin spirtli içki qəbul etmək üçün dostları ilə tikintiyə gələrək oradakı su ilə dolu çuxura düşməsi ehtimal edilir.

Cəsəd dalğıcın köməkliyi ilə gölməçədən çıxarılıb. 

Araşdırma zamanı meyitin 4 gündür itkin düşən Müslüm Gedikə aid olduğu müəyyən edilib. 

Hadisə yerində aparılan işlərdən sonra Gedikin cansız bədəni meyitxanaya göndərilib.

Oksana

OXŞAR XƏBƏRLƏR