Türkiyənin İsparta vilayətində günlərdir axtarılan 3 gənc qızdan xəbər var.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, sonuncu dəfə Dənizli bölgəsində göründükləri deyilən 16 yaşlı Tuana Yıldız, 16 yaşlı Gülizar Soy və həmyaşıdları Buse Aydoğan İzmirin Konak qəsəbəsində tapılıblar.
3 şagird də tarixi "Saat Qülləsi" yaxınlığında üzə çıxıblar. Üzərlərindən şəxsiyyət vəsiqələri çıxmayan qızların polislər tərəfindən dindirilməsi davam edir.