""Günnüt əməliyyatı" erməniləri nokauta salıb" - Müdafiə Nazirliyi

""Günnüt əməliyyatı" erməniləri nokauta salıb" - Müdafiə Nazirliyi
SİYASƏT
11:19 27.06.2018
4112
"Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının "Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir".

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bir qrup erməni media nümayəndəsinin cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı şərh edərkən deyilib: "Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. 

Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə  heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə "press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır.

Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”. 
OXŞAR XƏBƏRLƏR