"Günümə 6000 manat verirdilər"

"Günümə 6000 manat verirdilər"
MAQAZİN
12:41 18.03.2023
551
"Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm. Ailəmlə gündəmə gəlməyi sevmirəm və mənim şəxsi həyatım paylaşılmır. Sənətim paylaşıla bilər. Həyatım niyə manşet olsun ki? İnşallah, elə bir durum olmaz. Nəyə lazımdır, bilsinlər ki, Elməddin bu gün nə yedi evdə? Bunu edənlər də var. Bu sözüm kimlərinsə xətrinə dəyə bilər, amma vallah mən yaxşı baxmıram".

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Düzünə qalsa" verilişində deyib. Sənətçi yaşadığı həyatı sosial şəbəkədə nümayiş etdirənləri tənqid edib:

"Yediyi yeməyi, yatdığı otağı, çimdiyi hamamı paylaşırlar. Axı nəyin axtarışındasınız? Nəyə ehtiyac var? Bəlkə kiminsə evində o yeməyi yoxdur... Camaata niyə travma verirsən? Bəlkə onun elə otağı, hamamı yoxdur. Dağ çəkir olmayanlara".

Elməddin "Tək səbr"in dağılma səbəblərindən danışıb:

"Heydər Əliyev Sarayında konsert verirdik, bütün biletlər satılırdı, hətta pilləkənlərdə adamlar da otururdu. Əvəzində 75 dollar - 60 manat pul alırdıq. 20-30 min pul qalırdı, Fərda ilə mən 60 manat alırdıq. Gerisini siz düşünün ki, o biri yoldaşlarımız nə qədər alırdı. Bölgələrdə 5 gün ardıcıl konsert verirdik, konsert sonu pul itirdi, oğurlanırdı. Nə möcüzə idisə, hər dəfə də pul oğurlanırdı. Pul necə oğurlanırdı? Pulqabından... Amma pul kisədə olurdu. Maraqlı gəlirdi ki, axı 30 min pulqabına necə sığırdı? Desəydilər ki, kisə oğurlanıb, hə. Amma pulqabı niyə?  Bu kimi nüanslar var idi. Biz 5 gün konsert verib pulsuz qayıdırdıq, Bakıda hansı yarım saatlıq tədbirdən o pulu çıxarırdıq. Hamımız evlənmişdik, ailəmiz, kirayə haqqımız var idi. Yoxsa biz pul dalınca deyildik. Ailəm, 1 yaşlı uşağımla necə kirayədə qalım? Mən onlardan maşın, ev almaq pulu istəmirdim ki, işlədiyim maaşımı istəyirdim. Sonda da 3-4 ayın maaşı batdı, ondan sonra da hamı dağılıb getdi. Övladım olanda xəstəxana üçün 200 dollar tapa bilmədim, onda ilk dəfə məcbur olub toya getdim".


Elməddin ona təklif edilən 100 min manatdan danışıb:

"Həmişə yüksək məbləğlərdən öz imicimə görə imtina etmişəm. Mobil şəbəkələrdən biri həmin filmə baş sponsorluq edirdi. Deməli, çəkiliş günümə 6000 manat verirdilər, 1 aya qədər çəkiliş olacaqdı. 100000-dən yüksək qonoara razı idilər. İstədiyim maşın var idi, onu almaq istəyirdim. Pulu da gətirmişdilər, pula baxırdım, bir də ssenariyə, psixoloji təsir edirdi. Amma bəyənmədiyim üçün imtina etdim. Ard-arda ilin ən yaxşı aktyoru seçilmişəm. O vaxt film bazarında Azərbaycanda ən bahalı aktyor idim. Pandemiyadan öncə. Üstəlik Türkiyədə də Azərbaycandan kənar ən bahalı aktyor kimi tanınırdım. Adamların pulu olmayanda məni hansısa filmə şərik edirdilər. Yetər ki, mən baş rola çəkilim".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi