Günün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür

Günün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür
SOSİAL
00:14 20.02.2019
6796
AZXEBER.COM Milli.Az-a istinadən dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.

Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Planlaşdırılmamış xərclər, itkilər ola bilər. Anlaşma və sövdələşmələr perspektivli deyil.

Şəxsi münasibətlərdə aktiv olun.

Axşam saatlarında normal istirahət edin.

Buğa - Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və ya planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi münasibətlərdə təşəbbüs zamanıdır.

Həmkarlarınız, dostlarınız, qohumlarınız sizi dəstəkləyəcəklər.

Günün ikinci yarısı maliyyə baxımından uğurludur. Gəlir əldə etmək, sərfəli anlaşma və ya sözləşməyə nail olmaq şansları var. Pulu məntiqlə xərcləyin. Axşam saatlarında aktiv istirahəti seçin.

Əkizlər - Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf etməli olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına həvalə etmək, nə də təxirə salmaq mümkün deyil. Sizə əziz olan insanlarla münasibətlərdə problemlər yarana bilər. Səylərinizə rəğmən, ixtilafın qarşısını almaq asan deyil.

Narahat olmayın. Mənfi təmayüllərin təsiri çox çəkməyüəcək. Münasibətlərdəki harmoniya bərpa olunacaq.

Alış-veriş məsləhət deyil. Sizə əsla gərək olmayan əşya ala bilərsiniz.

Xərçəng - Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf edəcəksiniz. Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım edəcəklər. Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün əlverişli zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra onlardan biri faydalı ola bilər.

Günün ikinci yarısında yeni məqsədlər və hədəflər formalaşacaq. Onlar peşəkar fəaliyyətinizi daha rəngarəng edəcək. Şəxsi münasibətləri unutmayın. Təşəbbüskar olsanız, müsbət dəyişikliklər və irəliləyişlər yaşanacaq.

Şir - Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik, rutin işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı, yeniliyi əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz. İntuisiyanız itidir. Onun siqnallarına qulaq assanız, hətta ən çətin vəziyyətdə də kobud səhvlərə yol verməyəcəksiniz.

Yaxın ətrafınızdakı insanların sizin yardımlarınıza ehtiyacı var. Dəstək olmaqdan boyun qaçırmayın. Amma kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə etsin. Səfər və səyahət, habelə uzaqdan gəlmiş şəxslə ünsiyyət üçün əlverişli zamandır.

Qız - Enerjili, aktiv olun. İntizamlı davranın. Soyuqqanlı və təmkinli hərəkətlər bu gün əsas üstünlüyünüz ola bilər. Əvvəlki günlərlə müqayisədə daha çox işləməli olsanız da, yorğunluqdan şikayətlənməyin. Yeni ideyalar və cəsarətli təşəbbüsləri dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran insanla qarşılaşacaqsınız.

Günün ikinci yarısında liderlik məziyyətlərinizi büruzə verin. İşdə belə davranış pis deyil. Amma şəxsi münasibətlərdə ehtiyatlı olun. Əks təqdirdə toqquşmalar ola bilər. Planlaşdırılmamış xərclər istisna deyil. Maliyyə vəsaitini nəzarətdə saxlayın, bədxərclik etməyin.

Tərəzi - Gün çətin, mürəkkəbdir. Emosiyalarınıza hakim olun. Ən əlverişsiz, gərgin anlarda hisslərinizin nəzarətdən çıxmasına imkan verməyin. Önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq cəhdləriniz uğursuzluğa düçar ola bilər. Bacarıq və biliklərinizi görmək istəmir, çatışmazlıqlarınızı isə həddən ziyadə şişirdirlər.

Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Ciddi itkilər ola bilər. Alış-veriş etməyin, anlaşma və sövdələşmələrə can atmayın. Maraqlı məşğuliyyətlər üçün əlverişli zamandır. Yaradıcı yanaşma tələb edən, amma xüsusi bacarıq və ya ustalıq tələb etməyən işə başlaya bilərsiniz.

Əqrəb - İşgüzar danışıqlar və şəxsi səciyyəli görüşlər yaxşı keçəcək. İndiyədək dil tapa bilmədiyiniz insanlarla anlaşa biləcəksiniz. Mürəkkəb və genişmiqyaslı peşəkar layihələrə başlamaq olar. Kommersiya fəaliyyəti gəlir verəcək. Gəlir təxminlədiyinizdən də artıq ola bilər.

Səfər, səyahət, şəraiti dəyişmək üçün əlverişli zamandır. Qeyri-adi, orijinal hadisələrə və nəsnələrə maraq artır. Yaşam potensialının səviyyəsi yüksəkdir.

Səhhətinizdə problemlər olmayacaq.

Oxatan - Gərgin və məhsuldar fəaliyyət günüdür. Bu işin nəticələrini dərhal görməyəcəksiniz. Səbirli olun. Hadisələri sürətləndirmək, süni təkanlardan yararlanmaq cəhdləri yaxşı heç nə vəd etmir. Yeni işgüzar münasibətlər yaratmaq, işdəki münaqişəni çözmək və nizamlamaq üçün əlverişli zamandır. Yeni müttəfiqlər olacaq. Ən başlıcası isə odur ki, çoxdankı qarşıdurmaya son qoymağa çalışın.

Tikinti, inşaat və təmir üçün əlverişqli zamandır. Məişət texnikası, mebel, interyer predmetləri almaq olar. Nəqliyyat vasitəsi almaq istəyirsinizsə, seçimdə yanılmayın.

Oğlaq - Bu gün qəbul edəcəyiniz qərarları həyata keçirin. Onlar yaşamınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Önəm verdiyiniz insanlarla ünsiyyət üçün yaxşı gündür. Müttəfiqlə yanaşı, nüfuzlu hami arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları yaranır. Daha maraqlı, maaşı yüksək olan iş tapa bilərsiniz.

Başqalarının təcrübəsi faydalı ola bilər. Yaxın ətrafınızdakı insanların səhvləri və yanlışlıqları sizə dərs olsun. Ciddi səhvlərə yol verməməyə çalışın. Nəzərdə tutulmamış alış-veriş və əyləncə məsləhət deyil.

Dolça - Çətin, qarışıq və mürəkkəb gündür. İşdə problemlər yaranacaq. Şəxsi münasibətlərdə də rəvanlıq və sakitlik müşahidə olunmur. Ən pisi odur ki, niyyət və planlarınızda konkretlik yoxdur. Sonradan sizə təəssüf hissi yaradacaq addımlar atmayın.

Emosional fon gərgindir. Yaxşı əhval-ruhiyyəni qorumaqda çətinlik çəkəcəksiniz. Amma sınamağa, cəhd göstərməyə dəyər. Sizi maraqlandıracaq məşğuliyyət tapacaqsınız.

Axşam saatlarında gəzinti sizə yuxusuzluq və baş ağrılarından qurtulmağa imkan verəcək.

Balıqlar - İşgüzar baxımdan çox əlverişli gündür. İstənilən problemin və ya çətinliyin öhdəsindən sürətlə gəlin. Rəqibləri üstələyin. Hətta ən çətin durumda belə, qətiyyəti və inamı itirməyin. Toplantı, iclas və ya seminara qatılmaq üçün münasib zamandır. Sizə maraqlı gələn insanların rəğbətini qazanın. Diqqət mərkəzində olanda özünüzü rahat hiss edin. Sizi tərifləyəcəklər.

Romantik tanışlıq ehtimalı yüksəkdir. Belə münasibət sizə pozitiv emosiyalar bəxş edəcək ciddi münasibətlərin təməlinə çevrilə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub