Gürcü qadın Yunanıstanda 65 hektar meşə sahəsini yandırıb

Gürcü qadın Yunanıstanda 65 hektar meşə sahəsini yandırıb
DÜNYA
11:26 26.06.2025
237
Yunanıstanın Xios (Saqqız) adasında 30 yaşlı gürcü qadın 65 hektar meşə sahəsini yandırıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, Yunanıstanda qulluqçu işləyən qadın iyunun 23-də siqaret kötüyünü meşə ərazisinə atıb və nəticədə yanğın baş verib.

Yerli media gürcü qadının artıq günahını etiraf etdiyini, yanğınsöndürmə işlərinin isə hələ də davam etdiyini bildirir.
OXŞAR XƏBƏRLƏR