Gürcü qubernator Rövnəq Abdullayevdən üzr istədi

SOSİAL
23:06 07.03.2016
2137
Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. R.Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub, qubernator Paata Xizanaşvili ilə görüşüb. R.Abdullayev Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası adminstrasiyasına təqdim edib.
AZXEBER.COM xəbər verir ki, mərasimdə Azərbaycanın stolüstü dövlət bayrağının qoyulmasında protokol qaydaları pozulub.
Bununla əlaqədar olaraq Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili öz “facebook” səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə üzrxahlıq müraciəti ünvanlayıb:
“Hörmətli Rövnəq müəllim!
Sizə ünvanladığımız bu müraciətlə 4 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Gürcüstanın Kvemo Kartli bölgəsinin Qubenatorluğu arasında əməkdaşlığa dair Memorandumun imzalanması zamanı Azərbaycan Respublikasının stolüstü Dövlət bayrağının qoyulmasında protokol qaydalarının pozulması ilə nəticələnən yanlışlığa görə sizdən üzr istəməyi özümə borc bilirəm və sizə olan dərin hörmətimi bir daha bəyan edirəm.
Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda həyata keçirdiyi genişmiqyaslı layihələri yüksək qiymətləndirir və ümid edirik ki, ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra daha da genişlənəcək və dərinləşəcək.
Bir daha baş vermiş hadisəyə görə dərindən təəssüfləndiyimizi bildirir və ümid edirik ki, bu təsadüfi səhv Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu mövcud olmuş və bu gün də uğurla davam edən qardaşlıq əlaqələrinə heç bir xələl gətirməyəcək. Eyni zamanda məlumat veririk ki, qeyd edilən xətaya yol vermiş əməkdaşlarımız artıq müvafiq qaydada cəzalandırılıblar”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb