Aparıcı Hüsniyə Məhərrəmova "Eurovision 2019" mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbərləri ilə görüşmək üçün Tel-Əvivə yollanıb.
AZXEBER.COM-un məlumatına görə, aparıcı İsraildə hər şeyin baha olduğunu deyib. O, yemək üçün ödədiyi qiymətləri açıqlayıb:
"Tel-Əviv çox gözəldir: dəniz, isti hava, çimərlik, sörfinq sürən qəşəng oğlanlar. Bircə çox bahadır. Otelimizin yanında gürcü restoranı var. Bir ədəd gürcü xəngəli 5 dollardır. Bir badə çaxır 15 dollar. Bir salat və kofeyə 30 dollar ödədik. Amma buna baxmayaraq, çox gözəldir".
Qeyd edək ki, bu il ölkəmizi "Eurovision"da Çingiz Mustafayev təmsil edəcək.