AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirir ki, əgər Gürcüstanda daxili qeydiyyat məhdudlaşarsa, gürcüstanlı iri avtomobil alıcıları alış prosesində ehtiyatlı davranacaq. Bu isə xüsusilə 6-10 il arası avtomobillərdə qısamüddətli təklifin azalmasına səbəb ola bilər.
Ekspert deyir ki, Gürcüstan 2025-ci ildə ölkəyə 3 milyard 870 milyon dollar dəyərində avtomobil idxal edib. Eyni il həmçinin bu ölkədən 2 milyard 800 milyon dollar dəyərində avtomobil yenidən ixrac olunub. Həmçinin ötən ilin sonundan yenidən ixrac edilən nəqliyyat vasitələrinin Gürcüstanda bahalaşması da qiymətlərin müəyyən qədər artımına gətirib çıxarıb.








































