Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu
DÜNYA
09:26 17.07.2024
260
Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
OXŞAR XƏBƏRLƏR