Gürcüstan əcnəbilər üçün qaydaları sərtləşdirir

Gürcüstan əcnəbilər üçün qaydaları sərtləşdirir
DÜNYA
20:09 11.07.2025
258
Əcnəbilərin Gürcüstana girişi, bu ölkədə qalması, yaşaması və işləməsi qaydaları dəyişdirilir, bir sıra qaydalar isə sərtləşdirilir.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bununla əlaqədar Gürcüstanın "İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər olunub. Ölkədə qalma müddətini ötmüş əcnəbilərin Gürcüstana girişinə qadağa qoyan dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.


Bildirilir ki, 95 ölkənin vətəndaşlarına Gürcüstana vizasız səfər etmək və bir il ərzində ölkədə qalmaq imkanı verilir. Siyahıya Aİ ölkələri, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, Belarus və Ukrayna daxildir.

Əvvəlki qanunvericiliyə görə, viza rejimini pozan əcnəbilər ölkəni tərk edərkən cərimə ödəyirdilər və sonra yenidən Gürcüstana qayıda bilirdilər. Cari il oktyabrın 1-dən etibarən isə əcnəbi Gürcüstanda 3 aya qədər qaldıqda, o, 180 deyil, 1000 lari məbləğində cərimə ödəməli olacaq və 6 ay müddətinə Gürcüstana səfərinə qadağa qoyulacaq.

Əgər əcnəbi ölkədə bir ildən azdırsa, ölkədə qanuni qalma müddəti bitdikdən sonra o, 360 lari əvəzinə 2 min lari cərimə ödəməli və iki il Gürcüstanla vidalaşmalı olacaq. Amma ölkədə bir ildən artıq qeyri-qanuni qalmaq üçün cərimə 360 lari deyil, üç il müddətinə ölkəyə giriş qadağası ilə 3 min lari olacaq.

Əcnəbilərin Gürcüstanda qeyri-qanuni qalmasına şərait yaradan şəxslər və şirkətlər 2 min lari cərimə ilə cəzalandırılacaqlar.
OXŞAR XƏBƏRLƏR