Gürcüstan gömrüyündə Azərbaycan qalmaqalı –məmur həbs olundu

SOSİAL
14:00 05.05.2016
2068
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməliyyat-istintaq fəaliyyəti nəticəsində "Mtkvari" gömrük-keçid məntəqəsinin zabiti Paatu İremadzeni saxlayıb.
"Report" "Qruziya Online" portalına istinadən xəbər verir ki, o, Azərbaycandan qanunsuz yolla dərman keçirdiyinə və rüşvət aldığına görə həbs edilib.
"İstintaq təqsirləndirilən şəxsin Qardabani rayonunun Vaxtanqisi kəndində yerləşən gömrük-keçid məntəqəsində Azərbaycandan böyük miqdarda baytarlıq dərmanının gizli yolla Gürcüstan ərazisinə keçirilməsinə yardım edərək, sonradan vətəndaşlardan birindən müəyyən məbləğdə rüşvət alıb", - Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yaydığı bəyanatda deyilir.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci bəndi üzrə istintaq başladılıb. Bu isə təqsirləndirilən şəxsin 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəyi anlamına gəlir.

OXŞAR XƏBƏRLƏR