Gürcüstan hakimiyyəti Ukrayna Maydanının ölkədə təkrarlanmasına icazə verməyəcək

Gürcüstan hakimiyyəti Ukrayna Maydanının ölkədə təkrarlanmasına icazə verməyəcək
DÜNYA
19:41 22.09.2025
285
Gürcüstanda etiraz aksiyaları 2014-cü ildə Ukraynadakı Maydanla analoji olaraq xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir.

Bu barədə Baş nazir İrakli Kobaxidze Tbilisidə davam edən mitinqlər fonunda vəziyyəti jurnalistlərə şərh edərkən bildirib.

"Əslində, bütün bunlar Maydanda (Ukraynada) olduğu kimi, xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir. Xüsusi xidmət orqanları Maydanı maliyyələşdirdi və bütün bunlar Ukrayna üçün ona gətirib çıxardı ki, bu gün Ukrayna dövləti çökdü. Xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən inqilabdan sonra Ukrayna iki müharibə yaşadı. Əlbəttə, biz bu ssenarinin Gürcüstanda təkrarlanmasına yol verə bilmərik və bunun üçün resurs yoxdur”, - Kobaxidze qeyd edib.

Baş nazir onu da qeyd edib ki, Gürcüstan hakimiyyəti etiraz aksiyalarını diqqətlə izləyir və sabitliyi təmin etmək üçün lazımi tədbirlər görməyə hazırdır, hər hansı destabilizasiya cəhdlərinin qarşısı qanun çərçivəsində alınacaq.

Kobaxidzenin sözlərinə görə, son aylarda xarici qurumların ölkənin daxili işlərinə müdaxilə cəhdləri qeydə alınıb.
 
\apa
OXŞAR XƏBƏRLƏR