Gürcüstan hökuməti pandemiya zamanı vətəndaşlara tətbiq edilən cərimələri siləcək

Gürcüstan hökuməti pandemiya zamanı vətəndaşlara tətbiq edilən cərimələri siləcək
DÜNYA
18:40 03.06.2024
242
Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Vətəndaşlarımız artıq bir neçə ildir ki cərimələrə məruz qalırlar. 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari ( 2 milyon dollar) təşkil edəcək”, - deyə Baş nazir bildirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR