Gürcüstan MSK prezident seçkilərinin ilkin nəticələrini açıqladı - NƏTICƏLƏR

Gürcüstan MSK prezident seçkilərinin ilkin nəticələrini açıqladı - NƏTICƏLƏR
DÜNYA
02:12 29.10.2018
7938

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

"Report”un Gürcüstan bürosunun xəbərinə görə, nəticələrə əsasən, müstəqil namizəd Salome Zurabişvili 41,7%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 36,09% səs toplayıb.

Seçkilərdə məğlubiyyətini etiraf etmiş Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze isə 10,82% səs qazanıb.

Bu saata qədər 3705 seçki məntəqəsinin 665-i üzrə səslər sayılıb. Bu da seçki məntəqələrinin ümumi sayının 17,95%-ni təşkil edir.

Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçiriləcəyi məlum olub.

OXŞAR XƏBƏRLƏR