Gürcüstan MSK-ya yeni sədr seçilib

Gürcüstan MSK-ya yeni sədr seçilib
DÜNYA
19:42 02.08.2021
1070
Gürcüstan parlamentinin növbədənkənar iclasında ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) yeni sədr seçilib.

Dördüncü səsvermə zamanı Giorgi Kalandarişvilinin namizədliyini 83 deputat dəstəkləyib, 3-ü əleyhinə səs verib.

Yeni sədr MSK-ya növbəti 6 ay ərzində rəhbərlik edəcək.

G.Kalandarişvilinin 5 il müddətinə seçilməsi üçün ən azı 100 səs tələb olunub.

Qeyd edək ki, MSK-nın sabiq sədri Tamar Jvaniya bu ilin iyunun 30-da istefa verib.
 
///Report
OXŞAR XƏBƏRLƏR