Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb
DÜNYA
19:33 20.09.2023
101
Gürcüstan parlamentində parlament çoxluğundan olan deputatlarla müxalifət qüvvələri arasında dava düşüb.

Müxalifətdən olan deputat, "Aqmaşenebeli Strategiya” Partiyasının lideri George Vaşadze ilə hakim "Gürcü arzusu” Partiyasının nümayəndəsi İrakli Zarkua arasında dava düşüb. Deputatlar Milli Bankın keçmiş baş prokuror Otar Partxaladzeyə qarşı sanksiyalara qoşulmamaq qərarına görə bir-birini ittiham ediblər.

Parlament çoxluğundan olan deputatlar müxalifət üzvlərini Amerika casusları olmaqda ittiham ediblər. Onlar da öz növbəsində "Gürcü arzusu”nun deputatlarını rus casusları adlandırıblar.
 
///Report
OXŞAR XƏBƏRLƏR