Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariyanın rəhbərlik etdiyi "Gürcüstan Naminə" partiyasının parlamentdəki bütün 12 deputatının mandatına vaxtından əvvəl xitam verilib.
AZXEBER.COM xəbər verir ki, Gürcüstan parlamenti bununla bağlı qərarı 2 iyul 2025-ci il tarixində keçirilən plenar iclasda qəbul edib.
Bildirilib ki, deputatlar qanunvericilik orqanının iclaslarında iştirak etmədikləri üçün mandatdan məhrum ediliblər. Parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, onlar iclasların ardıcıl yarısından çoxunu buraxdıqları üçün bu qərar qanunvericiliyə əsasən verilib.
"Gürcüstan Naminə" partiyası Giorgi Qaxariya tərəfindən 2021-ci ildə yaradılıb və son illərdə parlamentdə müstəqil mövqedən çıxış edirdi.