Gürcüstan parlamentinin mühafizəsi gücləndirilib

Gürcüstan parlamentinin mühafizəsi gücləndirilib
DÜNYA
19:45 04.11.2024
252
Gürcüstanın Daxili İşlər Nazirliyi müxalifətin mitinqi ilə əlaqədar parlament binasının mühafizəsini gücləndirib.

Binanın həyətinə avtobus və digər nəqliyyat vasitələri ilə çox sayda polis qüvvələri gətirilib. Bundan başqa, media nümayəndələrindən parlament binasını tərk etmələri tələb olunub.

Xatırladaq ki, bu gün saat 19:00-da müxalifət patlament binası qarşısında aksiya keçiriləcək. Müxalifət üzvləri mitinqdə 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edəcəklər.
 
///apa
OXŞAR XƏBƏRLƏR