Gürcüstan prezidenti Azərbaycana gəlir

SİYASƏT
12:03 07.02.2014
932
Marqvelaşvilinin səfər proqramı üzərində iş aparılır.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili fevralın 12-də Azərbaycana ilk rəsmi səfərini edəcək.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
İki günlük səfər çərçivəsində Georgi Marqvelaşvilinin Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.
Hazırda Gürcüstan prezidentinin səfər proqramı üzərində iş aparılır.

OXŞAR XƏBƏRLƏR