Gürcüstan Prezidenti evləndi

DÜNYA
16:37 10.09.2014
1691
Georgi Marqvelaşvili Maka Çiçua ilə münasibətlərini rəsmiləşdirdi.
Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə münasibətlərini rəsmiləşdirib.
Georgi Marqvelaşvili və Maka Çiçua bu gün nikaha daxil olublar. Digər detallar dəqiqləşdirilmir.
Xatırladaq ki, Marqvelaşvili və Çiçuanın nikahdan kənar münasibətləri 2013-cü ildə prezident seçkilərindən öncə gündəmə gəlmişdir. O zaman Marqvelaşvili bəyan etmişdi ki, seçicilərin gözündə yaxşı görünmək üçün evlənmək niyyətində deyil.
Hal-hazırda prezident cütlüyünün uşaq gözlədikləri məlumdur. Onların birinci nikahlarından övladları var.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR