Gürcüstan Prezidenti Milli Məclisdə olub

Gürcüstan Prezidenti Milli Məclisdə olub
SİYASƏT
20:00 12.02.2014
959
Fevralın 12-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olmuşdur.
Ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov qarşıladı.Gürcüstan Prezidenti Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Gürcüstan Prezidentində dərin təəssürat yaratmışdır. Gürcüstan dövlətinin başçısı Xatirə kitabına ürək 
sözlərini yazmışdır.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüş keçirilmişdir.
Ali qonağı ölkəmizdə salamlayan Oqtay Əsədov Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, bu cür yüksək səviyyəli səfərlər qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətləri daha da inkişaf etdirəcəkdir.
Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələrin konkret layihələrlə inkişaf etdirildiyini deyən Milli Məclisin sədri Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regionun və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynadığını xüsusi qeyd etmişdir.
Oqtay Əsədov hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının münasibətlərin inkişafında mühüm rolu olduğunu diqqətə çatdırmışdır.
Prezident Georgi Marqvelaşvili bildirmişdir ki, mehriban qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan regionda birlikdə iri layihələr həyata keçirir. Biz bu layihələri həyata keçirməklə regionun gələcək inkişafını və sabitliyini təmin etməliyik.
Qeyd olunmuşdur ki, yalnız enerji sahəsində deyil, mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə də əməkdaşlıq üçün böyük potensial vardır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək