Gürcüstan prezidenti: “Saakaşvili ölkəni tərk etməməli idi”

Gürcüstan prezidenti: “Saakaşvili ölkəni tərk etməməli idi”
SİYASƏT
19:42 27.07.2017
1328
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə münasibət bildirib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, G. Marqvelaşvili xarici jurnalistlərlə görüşdə deyib ki, Saakaşvili Gürcüstanı tərk etməməli idi.
 
"Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edəndə, mən çox təəssüfləndim. Çünki iki dəfə prezident seçilmiş ölkənin keçmiş birinci şəxsinin Gürcüstan vətəndaşlığı olmalıdır. Baş komandan olmuş şəxs ölkəni tərk etməməli idi”, - deyə prezident vurğulayıb.
 
Qeyd edək ki, Ukrayna prezidenti Petr Poroşenkonun fərmanı ilə M. Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv olunub.
OXŞAR XƏBƏRLƏR