Gürcüstan prezidentinin Azərbaycana səfərinin proqramı açıqlandı

SİYASƏT
19:00 11.02.2014
1018

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.

AZXEBER.COM Gürcüstan KİV-ə istinadən xəbər verir ki, prezident 12-13 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.Səfər çərçivəsində G.Marqvelaşvili Prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.Gürcüstanın dövlət başçısı fevralın 13-də Qax rayonunda olacaq və yerli gürcülərlə görüşəcək.Gürcüstan nümayəndə heyətinin tərkibinə parlament çoxluğunun üzvləri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili daxildir.

OXŞAR XƏBƏRLƏR