Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir
SİYASƏT
14:21 26.10.2022
371
Gürcüstan və  Azərbaycan yaxın qonşu olaraq əsrlərdən bəri dostluq şəraitində yaşamışlar. Gürcüstan eyni zamanda regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, itərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda bəyannamələr imzalayıblar.

Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Hər iki ölkənin, habelə Türkiyənin prezidenti mərasimdə iştirak edib.

Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə önəm verdiyinə bir sübutdur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev  dəfələrlə Gürcüstanda səfərdə olub. İndiyə qədər iki ölkə arasında 100-dən çox hüquq-normativ sənəd imzalanıb. 

Bu gün  Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısı və Azərbaycanın etibarlı tərəfdaşıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2022-ci il tarixində Gürcüstan Respublikasına səfəri bu iki respublika arasında olan mehriban qonşuluq və dostluq münasibətlərinin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuata bəyanat vermişdir. Demişdir ki, iki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası münasibətlər də bu təməl üzərində qurulubdur. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq mövcuddur. Bir çox icra olunan birgə layihələr təkcə ölkəmiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev eyni zamanda çıxışında Ermənistan Azərbaycan münasibətlərinə də toxunub.

Artıq iki ildır ki, müharibə başa çatıb, lakin Ermənistan tərəfi hələ də sülh müqaviləsi bağlamağa hazır deyil. Azərbaycan Ermənistana beş prinsipdən ibarət təklif təqdim edib. Ermənistan tərəfi bu prinsipləri qəbul etsə sülh və əminamanlıq şəraitində yaşamaq mümkün olacaq.

Cənab Prezident qeyd edib ki, ”Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə hazırdırsa, ölkəmiz buna hazırdır”. 
Azərbaycanla Gürcüstan arasında hər zaman ticarət əlaqələri olub. Son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi günbəgün artmaqdadır. Cari ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard sərmayə qoyub. Eyni zamanda Gürcüstan da Azərbaycanla qarşılıqlı əməkdaşlıq edərək Azərbaycana sərmayə qoyur. Həyata keçirilən belə layihələr dövlətlər arasında əməkdaşlığı daha da gücləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır”.
Bəyanatda eyni zamanda dünya üçün əhəmiyyətli əməkdaşlıq sayılan enerji resursları məsələsinə də toxunulub.

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib
20:21 03.07.2025
"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
20:12 03.07.2025
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
20:08 03.07.2025
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq