“Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması siyasətini davam etdirəcək”- İvanişvili

DÜNYA
13:13 22.10.2013
1074

Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması ilə bağlı ardıcıl siyasətini davam etdirəcək.

AZXEBER.COM-un  İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu bazar ertəsi ölkənin baş naziri Bidzina İvanişvili bəyan edib.

“İmedi” telekanalına müsahibə verən baş nazir deyib ki, Saakaşvili və onun komandası hakimiyyətdə olduqları müddət ərzində Gürcüstan-Rusiya münasibətlərini çıxmaza dirəyib. “Bu çıxmazdan çıxış yolu tapmaq çox çətindir. Gürcüstanın yeni hökuməti Rusiya Federasiyası ilə münasibətlərin qaydaya salınması ilə əlaqədar başladığımız siyasəti davam etdirəcək. Bu asan iş deyil, ancaq biz bu mürəkkəb prosesdə ardıcıllığı davam etdirəcəyik” – İvanişvili deyib. Onun sözlərinə görə, Gürcüstan-Rusiya münasibətlərində ötən il ərzində mənfiliklərdən daha çox müsbət dəyişikliklər baş verib. “Rusiyanın Gürcüstana münasibətdə bəzi davranışları bizə aydın olmasa da, buna davam gətirməliyik və RF ilə münasibətlərin normallaşdırılması üzrə ardıcıl siyasətimizi praqmatik olaraq davam etdirməliyik” – o bildirib.

 

OXŞAR XƏBƏRLƏR