Gürcüstan Rusiyaya nota verdi

DÜNYA
18:14 26.08.2013
1215

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın dövlət sərhədlərini pozaraq Abxaziyaya səfər etməsi ilə əlaqədar Kremlə etiraz notası göndərib.Bu barədə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib.

“Rusiya prezidentinin Pitsundaya səfərinə gəldikdə, bu, növbəti təxribatdır və biz artıq isveçrə vasitəsilə Rusiyaya müvafiq etiraz notası göndərmişik. Təbii ki, biz bu yolla ərazi bütövlüyümüzün və suverenliyimizin bir daha pozulması pisləyirik”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tanınmamış Abxaziya Respublikasına səfər edərək separatçı rejimin lideri Aleksandr Ankvabla görüşüb. Putinin səfəri Rusiyanın Gürcüstanın işğal edilmiş ərazilərinin müstəqilliyinin tanınmasının 5 illiyinə həsr olunub.(apa)

OXŞAR XƏBƏRLƏR