Gürcüstan vətəndaşı Bakıda arvadını amansızlıqla döydü

Gürcüstan vətəndaşı Bakıda arvadını amansızlıqla döydü
SOSİAL
19:56 04.07.2019
5607
Bakıda ər arvadını döyüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Sarayev küçəsi ev 8, mənzil 98-də baş verib.

Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Məhərrəmova Məhluqə Məzahir qızı polisə müraciət edərək bildirib ki, iyulun 4-də gecə saat 05 radələrində onunla eyni ünvanda yaşayan həyat yoldaşı, Gürcüstan vətəndaşı, 1985-ci il təvəllüdlü Hacıyev Eldar Eldəniz oğlu tərəfindən təzyiqlərə məruz qalaraq xüsusi amansızlıqla döyülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR