Gürcüstana ən çox yatırım edən ölkənin adı bəlli oldu - Azərbaycan

TOP4
17:20 15.08.2018
4883

Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub. 

Azərbaycan bu göstəriciyə görə bütün ölkələri üstələyib.

Məlumata görə, Gürcüstanın 2-ci ən böyük investoru Niderland (356,7 mln. dollar), 3-cü ən böyük investoru isə Türkiyədir (286 mln. dollar).

Ümumilikdə, ötən il qonşu ölkəyə 1,888 mlrd. dollar xarici investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 20,6% çoxdur.

 
Report
OXŞAR XƏBƏRLƏR