Gürcüstanda 14 yaşlı azərbaycanlının öldürülməsinə görə daha iki nəfər həbs edilib

Gürcüstanda 14 yaşlı azərbaycanlının öldürülməsinə görə daha iki nəfər həbs edilib
DÜNYA
21:18 13.10.2023
323
Gürcüstanda 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətlə yetirilməsi ilə əlaqədar daha 2 nəfər həbs edilib.

AZXEBER.COM xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, DİN-in Kaxeti Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirli bilinən "əri” Alim Sadiqovun əmisi 1972-ci il təvəllüdlü A.A. və 1997-ci il təvəllüdlü əmisi oğlu B.A. cinayət barədə məlumat verməmək ittihamı ilə həbs ediliblər.

Bildirilib ki, Alim Sadiqov 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı qanunsuz evlənmək məqsədilə azadlıqdan qanunsuz məhrum edib (qaçırıb) və onu əmisi A.A.-nın evinə gətirib.

Polis əməkdaşlarının istintaq və prosessual hərəkətlərinin icrası nəticəsində hakim A.A və B.A-nın təqsirləndirilən şəxs qismində həbsinə qərar verib.

Aytac Şahmarovanın təhsil aldığı Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kənd məktəbinin direktoru Hamlet İsmayılov da yerli resurs mərkəzində (təhsil şöbəsi – red.) dindirilib. Yerli KİV-in məlumatına görə, dindirmə zamanı onun halı pisləşib və klinikaya aparılıb.

Bununla belə, o, klinikaya aparılarkən Aytacın qaçırılmasından xəbərsiz olduğunu deyib:
"Oktyabrın 5-də Aytacın anası gəlib mənə dedi ki, qızım 2 gün sonra məktəbə gələcək. O, mənə qızın qaçırıldığını deməyib”, - direktor bildirib.

Aytac Şahmarovanın atası İsa Şahmarov da Rustavi Şəhər Məhkəməsinə çağırılıb. İsa Şahmarov baş verənlərlə bağlı məlumatlı olmadığı üçün zərərçəkmişin varisi kimi tanınılıb. Məlumata görə, qətlə yetirilən azyaşlının valideynləri 7 il əvvəl boşanıblar. İsa Şahmarov bu müddət ərzində Polşa və Rusiyada yaşayıb.

Ailə üzvləri İsa Şahmarovun qızının məcburi ərə verilməsindən xəbərsiz olduğunu bildiriblər.

Qeyd olunub ki, qətllə bağlı İsa Şahmarovun qardaşı mediadan xəbər tutub və daha sonra ona zəng edərək xəbər verib. Bundan sonra İsa Şahmarov Gürcüstana gəlib.

Xatırladaq ki, qətl oktyabrın 5-də baş verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”