Gürcüstanda koronavirusun mutasiya etmiş ştammına 75 yoluxma halı təsdiqlənib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, faktların 16-sı Britaniya ştammına aiddir.
A.Qamkrelidze Gürcüstanda Cənubi Afrika və Braziliya ştammlarına yoluxmalara rast gəlinmədiyini qeyd edib.
///Report