Gürcüstanda azərbaycanlı deputatın direktor bibisi həbs edildi

Gürcüstanda azərbaycanlı deputatın direktor bibisi həbs edildi
DÜNYA
13:38 06.12.2025
85
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə keçirdiyi əməliyyatlar çərçivəsində 5 vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edib.

AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, həbs edilənlər arasında Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı da var. Onun vətəndaşdan 300 dollar rüşvət tələb etdiyi iddia edilib.

Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze həbslərlə bağlı açıqlama verib. O, faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığını deyib.

Qeyd edək ki, Dilara Darğallı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.
 
"Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR