Gürcüstanda azərbaycanlılar üçün iftar məclisi təşkil edilib

Gürcüstanda azərbaycanlılar üçün iftar məclisi təşkil edilib
SOSİAL
23:56 16.03.2025
1335

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Gürcüstanın Rustavi şəhərində iftar mərasimi təşkil edilib.

"Report"un yerli bürosu xəbər verir ki, mərasimdə səfirliyin əməkdaşları, DQİDK-in sədri Ramin Məmmədov, Gürcüstanın Dini Məsələlər üzrə Agentliyinin direktoru Zaza Vaşakmadze, Kvemo-Kartlinin qubernatoru Qiorqi Doxturaşvili və müavini Qiorqi Şincikaşvili, parlamentin deputatları - Aleksandre Dalakişvili, İrakli Şatakişvili, Givi Mikanadze, Dimitri Xundadze, Rustavi meri Nino Latsabidze və digər şəxslər, soydaşlarımız, yerli icma üzvləri, din xadimləri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında bu ölkədə yaşayan azərbaycanlılara göstərilən dəstək və hörmətdən məmnunluğunu bildirib. O, qeyd edib ki, bu cür tədbirlər həmrəylik və qardaşlıq ruhunu gücləndirir, iki ölkə arasında möhkəm əlaqələrin qurulmasına töhfə verir. Səfir Gürcüstan hökumətinin, xüsusən Baş nazirin rəhbərliyi ilə, Azərbaycana və onun icmasına verdiyi dəstəyi yüksək qiymətləndirib.

F.Quliyev həmçinin, Gürcüstanda yeni məscidlərin inşasına başlanıldığını və dini xadimlərlə əməkdaşlığın dərinləşdirildiyini vurğulayıb. O, bu inkişafların Gürcüstan dövlətinin azərbaycanlılara verdiyi dəyərin göstəricisi olduğunu qeyd edib.

DQİDK-in sədri Azərbaycan və Gürcüstan bayraqlarının bir arada dalğalanmasının iki ölkə arasındakı dostluğun simvolu olduğunu qeyd edib. O, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq, xalqların birliyinin hər iki dövlətin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Gürcüstan parlamentinin deputatı İrakli Şatakişvili müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr İşçi Qrupunun rəhbəri Arzu Nağıyev iki ölkə arasındakı əlaqələrin hər gün daha da gücləndiyini qeyd edib.

Sonda Azərbaycanın və Gürcüstanın rifahı və sülhü üçün dualar edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi