Gürcüstanda seçkilərin ikinci mərhələsi keçiriləcək

Gürcüstanda seçkilərin ikinci mərhələsi keçiriləcək
DÜNYA
13:00 03.10.2021
505

Gürcüstanda paytaxt Tbilisi də daxil olmaqla, azı 20 şəhərdə mer seçkilərin ikinci mərhələsi keçiriləcək.

"Report”un yerli bürosu xəbər verir ki, bu, səsvermə bülletenlərinin təxminən 40%-nin hesablanmasından sonra məlum olub.

İlkin məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası 64 şəhərin yalnız 44-də səs çoxluğu qazanıb.

Gürcüstan qanunvericiliyinə əsasən, seçkilərin II mərhələsi I mərhələdən 4 həftə sonra şənbə günü – oktyabrın 30-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR