Gürcüstanda COVID-19-a yoluxmuş 300-ə yaxın uşaq xəstəxanaya yerləşdirildi

Gürcüstanda COVID-19-a yoluxmuş 300-ə yaxın uşaq xəstəxanaya yerləşdirildi
DÜNYA
19:59 15.07.2021
1284
"Gürcüstanda koronavirus infeksiyasına yoluxan təxminən 300 uşaq kliniklara yerləşdirilib”.

Bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze "İmedi” telekanalına müsahibəsində deyib.

O, xəstəxanalarda əlavə uşaq çarpayılarının səfərbər olunacağını bildirib: "Valideynlər övladlarının virusa yoluxmaması üçün çox diqqətli olmalıdırlar. Bu gün qoruyucu maska taxmaq və sosial məsafə saxlamaq uşaqların COVID-19-dan qorunması üçün vacib vasitələr olaraq qalır”.
 
///Report
OXŞAR XƏBƏRLƏR