Gürcüstanda COVID-19-dan sağalanların sayı 910 mini keçdi

Gürcüstanda COVID-19-dan sağalanların sayı 910 mini keçdi
DÜNYA
19:55 07.01.2022
259
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 234 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 953 410, ölənlərin sayı isə 14 128 nəfərə çatıb.

Virusa yoluxanlardan 910 540 nəfərin sağaldığı bildirilib.
OXŞAR XƏBƏRLƏR