Gürcüstanda son sutkada koronavirusa 475 yeni yoluxma halı təsdiqlənib, 20 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 641 874-ə, vəfat edənlərin sayı isə 16 663-ə yüksəlib.
Son bir gündə 1 507, ümumilikdə isə 1 598 286 nəfər müalicə olunaraq sağalıb.