Gürcüstanda daha bir nəfər H1N1 ( "donuz qripi”) virusundan ölüb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, "donuz qripi”nin növbəti qurbanı 10 aylıq körpə olub. Hadisə bir neçə gün əvvəl bölgələrdən birində baş verib.
Laboratoriyanın nəticələrinə görə, körpə virusdan əvvəl qızılcaya yoluxduğu üçün bu, onun səhhətini daha da ağırlaşdırıb.
Azyaşlının xəstəxanaya aparılmadığı, elə evində dünyasını dəyişdiyi bildirilir.
Bununla da, Gürcüstanda H1N1 virusundan ölənlərin sayı 16-ya çatıb.